• Bakı 28° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1625

Ukraynada Quru Qoşunlarına yeni komandan təyin edildi - FOTO

DÜNYA

09 Fevral 2024 | 20:07

Ukraynada Quru Qoşunlarına yeni komandan təyin edildi - FOTO

Ukrayna Müdafiə nazirinin birinci müavini Aleksandr Pavlyuk Aleksandr Sırskinin yerinə Ukrayna Silahlı Qüvvələrinin (AQQ) Quru Qoşunlarının yeni baş komandanı olacaq.

Bakıvaxtı.az xəbər verir ki, Baş Qərargaha istefası hələ rəsmən açıqlanmayan Sergey Şaptalanın yerinə Ukrayna Silahlı Qüvvələrinin Ərazi Müdafiə Qüvvələrinin komandanı, Quru Qoşunları komandanının 2020-2022-ci illərdə ərazi müdafiəsi üzrə keçmiş müavini rəhbərlik edəcək.

Bundan öncə general-polkovnik Aleksandr Sırski Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı təyin edilib. Ölkə lideri vurğulayıb ki, 2024-cü il Ukrayna ordusu üçün yalnız rəhbərliyin koordinasiyalı işi ilə uğurlu ola bilər.

Bundan bir qədər əvvəl Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, hazırda Ukrayna Silahlı Qüvvələrinin son iki il ərzində fəaliyyətinin auditi aparılır. Nəticələrə əsasən kadr qərarları da veriləcək.


SON XƏBƏRLƏR

08 Iyul 2025