• Bakı 12° C

    3.45 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

İrəvan KTMT-dən çıxsa, London hərbi dəstək verəcək?

DÜNYA

10 Mart 2024 | 17:48 | Müəllif: Subhan Mahmudov

İrəvan KTMT-dən çıxsa, London hərbi dəstək verəcək?

Böyük Britaniyanın silahlı qüvvələrlə iş üzrə naziri Ceyms Hippi parlamentarilərin "Ermənistanın KTMT-dən çıxmasının Londonun müdafiə sənayesi üçün potensial faydaları" haqda sualını cavablandırıb.

Bakıvaxtı.az xəbər verir ki, Hippi Böyük Britaniyanın bu qərarı Ermənistanın suveren hüququ kimi tanıdığını və Rusiyanın cavab təhdidləri qarşısında Ermənistanı dəstəkləmək üçün Avro-Atlantik müttəfiqləri ilə işləyəcəyini deyib.

Onun sözlərinə görə, bununla yanaşı, Ermənistanın KTMT üzvlüyünün dondurulması qurumdan rəsmi çıxış demək deyil:

“Böyük Britaniya ATƏT-in silah embarqosunu imzalayan ölkədir və buna görə də Londonun müdafiə sənayesi üçün hər hansı fayda müəyyən edilmiş limitlər daxilində olmalıdır. Biz daha sıx əməkdaşlıq imkanlarını araşdırmaq üçün Ermənistanla işləməyə davam edəcəyik”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Noyabr 2026