• Bakı 22° C

    5.86 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Ukraynada yaşayış binası raketlə vurulub - 6 nəfər ölüb

DÜNYA

11 Noyabr 2022 | 14:41 | Müəllif: Subhan Mahmudov

Ukraynada yaşayış binası raketlə vurulub - 6 nəfər ölüb

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Nikolayev şəhərinə atdığı raketin yaşayış binasına düşməsi nəticəsində 6 nəfər ölüb.

Bakıvaxtı.az APA-ya istinadən bildirir ki, bu barədə "Unian"a məlumat yayıb.

Ukrayna Prezidenti Vladimir Zelenski raket hücumunu terror hadisəsi kimi qiymətləndirib: "Hal-hazırda axtarış-xilasetmə işləri davam etdirilir. Rusiya öz məkrli döyüş taktikasından əl çəkmir. Biz mübarizəmizi davam etdiririk. İşğalçılar Ukraynaya və ukraynalılara qarşı törətdikləri bütün cinayətlərə görə cavab verəcək".

Xatırladaq ki, səhər saatlarında yaşayış binasına raket düşməsi nəticəsində 4 nəfərin öldüyü bildirib, lakin sonra bu rəqəm 6-ya yüksəlib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Oktyabr 2026