• Bakı 23° C

    3.34 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Qrenlandiyada 2 milyon illik DNT tapıldı

DÜNYA

11 Dekabr 2022 | 11:43 | Müəllif: Subhan Mahmudov

Qrenlandiyada 2 milyon illik DNT tapıldı

Tədqiqatçılar Atlantik və Şimal Buzlu okeanları arasında yerləşən və arktik səhra olan Qrenlandiyada tapdıqları DNT nümunələrinə əsasən, 2 milyon il əvvəl ərazidə ağac, bitki və heyvanların olduğunu bildiriblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Nature” jurnalında dərc olunan araşdırmada məlumat verilib.

Alimlər soyuq havanın DNT fraqmentlərinin qorunmasına kömək etdiyini və tapıntıların iqlim dəyişikliyi baş verməzdən on minlərlə il əvvəl formalaşıb donmuş ola biləcəyini vurğulayıblar.

Kembric Universitetindən olan genetik Eske Villerslev DNT-ni fərqli növlərlə müqayisə etdiklərini və uyğunluq tapmağa çalışdıqlarını bildirib. DNT-də mastodon (Mamont cinsinə aid nəsli kəsilmiş xortumlular), qaz, dovşan, Şimal maralı və lemminq (dağ siçanı fəsiləsinə aid gəmirici) kimi heyvanların izlərinin də olduğunu söyləyən Villerslev əksər mastodon qalıqlarının daha əvvəl Şimali Amerikadakı meşələrdə görüldüyünü qeyd edib.

Villerslev bu bitki və heyvanların iqlim dəyişikliyi prosesindən sağ çıxdığını və bunun mövcud qlobal istiləşməyə uyğunlaşmaq üçün genetik yol xəritəsi ola biləcəyini deyib.

Mütəxəssislər bu cür DNT araşdırmalarının qədim yaşayış yerlərində “gizli müxtəlifliyi” göstərmək baxımından dəyərli olduğunu söyləyirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026