Kobud səhvləri ilə məşhur olan ABŞ prezidenti Co Bayden bu dəfə məxfi sənədlərlə bəlaya düçar olub.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bağlı kabinetdə tapılan sənədlər dünyanın bir nömrəli gündəm maddəsinə çevrilib. Ölkə mətbuatında çıxan xəbərlərə görə, məxfi sənədlər Baydenin keçmiş şəxsi ofisində tapılıb.
Sənədlərin prezidentin 2017-ci ildən 2019-cu ilə qədər istifadə etdiyi “bağlı kabinet"də tapıldığı bildirilir. Sözügedən sənədlər Obama dövrünə aiddir.
Ağ Evin bəyanatında deyilir ki, ABŞ Ədliyyə Departamenti prezidentin keçmiş institutunun Vaşinqton ofisində tapılan potensial məxfi sənədləri yoxlayır. Prezidentin xüsusi müşaviri Riçard Sauber etiraf kimi səslənən bəyanatla çıxış edib. Sauber qeyd edib ki, məxfi məlumatları ehtiva edən bir neçə sənəd var.
Sauberin sözlərinə görə, sənədlər tapılan kimi Baydenin şəxsi vəkilləri Ağ Ev və ştatın milli arxiv agentlikləri ilə əlaqə saxlayıb.
Ədliyyə Nazirliyinin sözügedən sənədləri araşdırdığı da daxil olan məlumatlar arasındadır. Bayden ötən müddətdə iqamətgahından gizli sənədləri olan Trampı məsuliyyətsizlikdə ittiham edib. İndi ABŞ bunun məsuliyyətsizlikdən, yoxsa unutqanlıqdan qaynaqlandığını müzakirə edir.
Dünyanın ən yaşlı prezidentlərindən olan 79 yaşlı Baydenin səhhəti əvvəllər də dəfələrlə ABŞ gündəmində müzakirə mövzusu olub.
Keçmiş prezident Donald Tramp seçki kampaniyasında Baydeni “qoca” adlandırıb və bilişsel testdən keçsə, uğursuz olacağını iddia edib.
Ay Tac















