• Bakı 25° C

    5.3 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

ABŞ Türkiyəyə hərbi gəmi göndərir

DÜNYA

09 Fevral 2023 | 00:08 | Müəllif: Subhan Mahmudov

ABŞ Türkiyəyə hərbi gəmi göndərir

ABŞ müdafiə naziri Lloyd Ostin Türkiyə milli müdafiə naziri Hulusi Akarla telefon danışığı aparıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder məlumat verib.

Ostin ABŞ-ın ehtiyaclara uyğun olaraq Türkiyəyə dəstək verməyə davam edəcəyini bildirib. Rayder bildirib ki, Türkiyənin beynəlxalq yardım çağırışı ilə İncirlik aviabazasında yerləşən ABŞ qüvvələri zəlzələ bölgələrinə göndərilib.

O qeyd edib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Corc Buş" aviadaşıyıcısı əlavə dəstək üçün Türkiyə sahillərinə gedəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026