Ukraynalı qaçqınlar yerli əhalinin tərk etdiyi boş Rumıniya kəndləri üçün xilas ola bilər. Merlər Rumıniyada məskunlaşmaq istəyən ukraynalılara pulsuz ev və torpaq təklif edirlər.
Bakıvaxtı.az xəbər verir ki, Alba Yuliya şəhərindən 40 kilometr aralıda yerləşən Raçiş kəndində cəmi 6 sakin və çoxlu boş ev var. Yerli sakin bu boş evlərdən 12-ni təmir etdirib və hakimiyyət burada qalmaq istəyən ukraynalılara evləri pulsuz təklif edir. Paltiniş şəhərinin meri ukraynalılara 200 ev və torpaq bağışlayır.
Bununla belə, sosioloqlar hesab edirlər ki, merlərin qaçqınları evlə təmin etmələri kifayət deyil. Onların fikrincə, ukraynalıların icmalara inteqrasiyası üçün başqa məqamları da nəzərə almaq lazımdır (AZƏRTAC). Əsas burada dil öyrənmək, onların Rumıniya icmalarında inteqrasiyasına və konsolidasiyasına səbəb ola biləcək elementlərə nail olmaq, böyüklər üçün iş yerlərinin yaradılmasına və uşaqlar üçün təhsilə yönəlmiş tədbirlər kompleksini yaratmaq vacibdir.
















