• Bakı 16° C

    4.45 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Əsrin ən dəhşətli fəlakəti Mariupolda yaşanır

DÜNYA

23 Aprel 2022 | 20:16 | Müəllif: Subhan Mahmudov

Əsrin ən dəhşətli fəlakəti Mariupolda yaşanır

Ukraynanın Baş naziri Denis Şmıqal Rusiyanın mühasirəsindəki Mariupoldakı vəziyyəti bəlkə də əsrin ən dəhşətli fəlakəti adlandırıb.

Bakıvaxtı.az teleqraf.com-a istinadən bildirir ki, aprelin 22-də Vaşinqtonda keçirdiyi mətbuat konfransında danışan Şmıqal Mariupolda minlərlə insanın öldüyünü deyib.

"Mariupol ruslardan azad ediləndə dəhşətli vəhşiliklər görəcəyik", - Ukrayna baş naziri bildirib.

Onun sözlərinə görə, işğalçılar mülki əhalinin yaşadığı sığınacaqlar da daxil olmaqla, tamamilə hər şeyi məhv edirlər.

Mariupolu rus ordusu martın 1-dən mühasirəyə alıb. Şəhərdə su, işıq, istilik və rabitə yoxdur, binaların 95%-i dağılıb. Ehtimal olunur ki, şəhərdə 22 minə qədər dinc sakin həlak olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026