• Bakı 19° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Rüstəm Muradovun bacısı oğlu öldü, özü isə... - Generaldan AÇIQLAMA - FOTO - YENİLƏNİB

DÜNYA

23 May 2022 | 17:19

Rüstəm Muradovun bacısı oğlu öldü, özü isə... - Generaldan AÇIQLAMA - FOTO - YENİLƏNİB

Rusiya Cənub Hərbi Dairəsi komandanının müavini, Qarabağdakı rus sülhməramlıların keçmiş komandiri general-leytenant Rüstəm Muradovun bacısı oğlunun Ukraynada həlak olduğu, özünün isə yaralandığı haqda xəbərlər yayılıb.

Həmin məlumatda iddia olunur ki, 27 yaşlı Salman Süleymanov tağım komandiri olub və o, hərbi əməliyyat zamanı ölüb.

Bakıvaxtı.az xəbər verir ki, general-leytenant Rüstəm Muradov haqqin.az-la telefonla əlaqə saxlayıb və bacısı oğlunun Ukraynada ölməsi ilə bağlı məlumatı təsdiqləyib.

Eyni zamanda, Muradov Ukraynadakı döyüşlər zamanı xəsarət alması ilə bağlı xəbərləri təkzib edib.

***

12:04

Rusiya Qəhrəmanı, Cənub Hərbi Dairəsi komandanının müavini, Qarabağdakı rus sülhməramlılarının sabiq komandiri, general-leytenant Rüstəm Muradovun bacısı oğlu Ukraynada hərbi əməliyyatlar zamanı həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.

Məlumata görə, 27 yaşlı Salman Süleymanov tağım komandiri olub. Yanvarın əvvəlində o, həmkarları ilə birlikdə Ukrayna ilə sərhədə aparılıb. Onun döyüşlər zamanı öldüyü deyilir.

General-leytenant Muradovun özü də həmin vaxt xəstəxanada yaralı olub. General bacısı oğlunun dəfn mərasimi üçün xəstəxanadan məzuniyyət götürüb. (baku.ws)


SON XƏBƏRLƏR