Paytaxtın bəzi yerlərində qaz kəsiləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Belə ki, təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Lökbatan qəsəbəsinin tam olaraq, Qobu qəsəbəsinin bir hissəsinin, Nizami rayonunun R. Rüstəmov, E. Süleymanov, Q. Qarayev və C. Naxçıvanski küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Bakı 



