• Bakı 24° C

    11.83 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1954

Meymunçiçəyi bu ölkəyə də çatdı

DÜNYA

23 May 2022 | 16:58

Meymunçiçəyi bu ölkəyə də çatdı

Danimarkada meymunçiçəyi xəstəliyinə ilk yoluxma halı qeydə alınıb.

Bakıvaxtı.az “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bildirilir ki, xəstəliyə yoluxan bir kişi hazırda evdə təcrid olunub. Mütəxəssislər ölkədə meymunçiçəyinə başqa yoluxanların olub-olmamasını araşdırır.

Yoluxan şəxsdə İspaniyaya səfər etdikdən sonra infeksiyanın əlamətləri yaranıb.

Xatırladaq ki, bu günə qədər ÜST Avropa regionunda ən azı səkkiz ölkədə - Belçika, Fransa, Almaniya, İtaliya, Portuqaliya, İspaniya, İsveç və Böyük Britaniyada meymunçiçəyinə yoluxma halları barədə məlumat verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Iyul 2026