• Bakı 20° C

    1.61 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Buxtada iki gəmi toqquşdu - Neft sızması baş verib

DÜNYA

23 May 2022 | 17:09

Buxtada iki gəmi toqquşdu - Neft sızması baş verib

Rusiyanın Vladivostok şəhərinin sularında, Uliss körfəzində quru yük gəmisi və su tankerinin toqquşması nəticəsində neft sızması baş verib.

Bakıvaxı.az xəbər verir ki, bu barədə Dəniz Xilasetmə Xidmətinin dənizkənarı şöbəsinin direktoru İvan Aqarevski məlumat verib.

“Quru yük gəmisi və su tankeri toqquşublar. Quru yük gəmisi zədələnib və gəmidən neft sızması baş verib, amma artıq qarşısı alınıb. Tələfat yoxdur, hər iki gəmi sudadır", – deyə mənbə bildirib.

O əlavə edib ki, hadisənin təfərrüatı dəqiqləşdirilir.


SON XƏBƏRLƏR