• Bakı 15° C

    2.5 m/s

Ukraynanın 12 hərbi obyekti bu raketlərlə vuruldu

DÜNYA

20 Aprel 2022 | 21:32 | Müəllif: Subhan Mahmudov

Ukraynanın 12 hərbi obyekti bu raketlərlə vuruldu

Rusiya Aerokosmik Qüvvələri bir gündə Ukraynanın 12 hərbi obyektinə idarə olunan raketlərlə zərbələr endirib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib.

“Ukrayna qoşunlarının Qusarovka və Andreyevna qəsəbələrindəki iki komanda məntəqəsi, Arxangelovka, Kramatorsk və Selydovoda canlı qüvvənin və Ukrayna hərbi texnikasının cəmləşdiyi üç ərazi, habelə Popasna ərazisində Ukrayna ordusunun altı dayaq məntəqəsi vurulub”, - MN sözçüsü deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Oktyabr 2026