• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ukraynanın bu şəhərlərində rus təhsil sistemi tətbiq olunacaq

DÜNYA

10 Iyul 2022 | 10:41

Ukraynanın bu şəhərlərində rus təhsil sistemi tətbiq olunacaq

Rusiyanın Ukraynanın ələ keçirdiyi şəhərlərində rus təhsil sisteminin qəbul edildiyi, lakin ana dili ukrayna dili olan uşaqların öz dillərində seçmə kurslar keçə biləcəyi açıqlanıb.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın təhsil naziri Sergey Kravtsov açıqlaması zamanı deyib:

“Ukrayna dilini kimsə qadağan eləmir. Ukrayna dili ana dili olaraq qalmağa davam edəcək. Bu dildə təhsil almaq istəyən uşaqlar üçün lazimi saatlar müəyyənləşəcək. Daha öncə dəfələrlə dedik. Qardaş xalqlar arasında bir çox ortaq dillər var. Bizim kökümüz birdir. Ukrayna dili çox zəngin dildir. Ona görə də onu qəti şəkildə qadağan etmək olmaz”.

Kravtsov ələ keçirilən şəhərlərdə təhsilini davam etdirən tələbələrin Rusiya diplomu alacağını bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026