• Bakı 15° C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

“Google”un data-mərkəzində partlayış baş verib: Yaralananlar var

DÜNYA

09 Avqust 2022 | 09:52

“Google”un data-mərkəzində partlayış baş verib: Yaralananlar var

ABŞ-ın Ayova ştatında “Google”un məlumat işlənmə mərkəzində partlayış baş verib.

Bakıvaxt.az xəbər verir ki, bu barədə şəhər polisinin məlumatında bildirilib.

Nəticədə üç elektrik ağır yanıq xəsarətləri alıb.

Hadisə “Google”un Manava gölünün yaxınlığında yerləşən kompleksində baş verib. Bu, şirkətin ən böyük məlumat mərkəzlərindən biridir. Müəssisədə böyük həcmdə məlumatların saxlanması və işlənməsi üçün yüzlərlə superkompüter var.

Qeyd edək ki, dünən gecə müxtəlif ölkələrdə “Google” istifadəçiləri nasazlıqdan şikayətlənib. Bu iki hadisənin bir-birilə əlaqəli olub-olmadığı hələlik məlum deyil.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026