• Bakı 22° C

    2.97 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Rusiya son sutkada Ukraynada nə qədər texnika itirib?

DÜNYA

08 Sentyabr 2022 | 09:30

Rusiya son sutkada Ukraynada nə qədər texnika itirib?

Ukrayna Silahlı Qüvvələri sentyabrın 7-də Rusiyanın iki “Su-25” qırıcısını, iki helikopterini (“Ka-52” və “Mi-24”) və 5 PUA-sını məhv edib.

Bakıvaxtı.az UNIAN-a istinadən xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı yayıb.

Bildirilib ki, Ukraynanın müdafiəçiləri Rusiyanın Donetsk vilayətindəki Konstantinovka, Dibrovno, Qriqoryevka, Zaytsevo, Mayorsk, Nikoleyevka Vtoraya, Pervomaysk və Kamenka yaşayış məntəqələri istiqamətində hücumunu dəf ediblər.

Məlumata görə, ötən sutka ərzində quru qoşunlarının hərəkətlərinə dəstək məqsədilə Müdafiə Qüvvələri aviasiyası Rusiyanın canlı qüvvə və texnikasının cəmləşdiyi və möhkəmləndiyi yerlərə 30-dan artıq zərbə endirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026