• Bakı 17° C

    1.74 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

Putin və Zelenski G20 sammitinə gəlməyə RAZILAŞDILAR

DÜNYA

07 Oktyabr 2022 | 21:57 | Müəllif: Subhan Mahmudov

Putin və Zelenski G20 sammitinə gəlməyə RAZILAŞDILAR

Rusiya Prezidenti Vladimir Putin və ukraynalı həmkarı Volodimir Zelenski noyabrda İndoneziyada keçiriləcək G20 sammitində iştirak barədə razılığa gəliblər.

Bakıvaxtı.az "report"a istinadən bildirir ki, bu barədə "The National" nəşri BƏƏ-nin İndoneziyadakı səfiri Husin Bagisə istinadən yazıb.

Bildirilib ki, dövlət başçıları Bali sammitinə gəlsələr, bu, onların münaqişə başlayandan bəri ilk dəfə eyni meydançada görünməsi olacaq.

"Hər ikisi iştirak etməyə razılaşdılar. Vəziyyət adi deyil", - diplomat bildirib.

Gərəksiz gərginliyin qarşısını almaq üçün ölkə liderləri müxtəlif mehmanxanalarda yerləşdiriləcəklər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Noyabr 2026