• Bakı 10° C

    2.38 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

Ukraynaya nüvə silah atan Rusiya, bu ölkələrə də eynisini edəcək - Politoloq

DÜNYA

27 Sentyabr 2022 | 13:49

Ukraynaya nüvə silah atan Rusiya, bu ölkələrə də eynisini edəcək - Politoloq

 

“Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev artıq neçənci dəfə dəfədir ki, dünyanı nüvə silahıyla hədələyib. Onun fikrincə, Rusiya Ukraynaya nüvə silahı atsa, NATO qarışmayacaq".

Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

Medvedev bildirib ki, Vaşinqton, London və Brüsselin təhlükəsizliyi NATO üçün “heç kimə lazım olmayan Ukrayna”nın taleyindən daha önəmlidir: “ABŞ və Avropa demaqoqları nüvə apokalipsisində ölməyi düşünmür. Ona görə istənilən silahın tətbiqinə göz yumacaqlar”.

Ekspertin fikrincə,  Medvedev demək istəyib ki, Kreml Ukraynaya nüvə silahı ilə vuracaq, yüzminlərlə ukraynalı öləcək, şəhərlər dağılacaq, ekoloji fəlakət ətrafa yayılacaq və bu təxribatın - faciənin qarşılığında NATO ölkələri ancaq deyinəcək və Rusiyaya nüvə silahı atmayacaqlar:

“Həqiqətənmi belə olacaq? Ukraynaya nüvə silahı atan ölkə Polşaya, Baltik ölkələrinə və digərlərinə qarşı da eyni silahdan istifadə edəcək. Ona görə Rusiyanı dayandırmağın yolları tapılmalıdır. Vaxtında NATO Ukraynanı üzvlüyünə qəbul etsəydi, indi Medvedev rahat şəkildə Ukraynaya nüvə silahı atacağı fikrini səsləndirməzdi. Vaxtilə ABŞ və Böyük Britaniya Ukraynanın SSRİ-dən qalma nüvə silahlarını Rusiyaya ötürülməsinə dəstək verdilər və bunun qarşılığında Ukraynanın ərazi bütövlüyünə təminat verdilər. Bu təminat boş çıxdı, Rusiya Krımı və Donbassı ilhaq etdi, indi də Ukraynanın digər ərazilərini qoparmaqla məşğuldur. ABŞ və Böyük Britaniya Ukraynanı nüvə silahıyla təmin etsələr, Kremlin Ukraynanı nüvə silahıyla vurması gündəlikdən çıxacaq. Ya da Vaşinqton və London Kremlə açıq şəkildə deməlidirlər ki, Rusiya Ukraynaya nüvə silahı atsa, ABŞ və Böyük Britaniya Rusiya ərazisinə nüvə silahı atacaq. Rusiyanı dayandırmağın başqa alternativi qalmayıb”.

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR