• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Aİ müşahidəçiləri Ermənistan-Azərbaycan sərhədində

DÜNYA

27 Oktyabr 2022 | 11:17

Aİ müşahidəçiləri Ermənistan-Azərbaycan sərhədində

Avropa İttifaqının (Aİ) müşahidəçiləri İrəvana gəldikdən sonra Ermənistan-Azərbaycan sərhədi boyunca ilk şərti patrul xidmətinə gediblər.

Bakıvaxtı.az  Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Avropa Müdafiə Agentliyi tviterdə məlumat yayıb.

Bildirilib ki, missiyanın işi iki ay üçün nəzərdə tutulub: "Növbəti iki ay ərzində Aİ-nin Müşahidə Missiyası etimad mexanizmlərini gücləndirmək və sərhəd komissiyalarının işinə töhfə vermək üçün Ermənistan tərəfdən Ermənistan-Azərbaycan sərhədində vəziyyətin monitorinqini aparacaq”.

Xatırladaq ki, Aİ missiyasının Ermənistan-Azərbaycan sərhədinə göndərilməsi fikri Avstriya, Litva və Rumıniya tərəfindən irəli sürülüb. Oktyabrın 17-də Aİ xarici işlər nazirləri Lüksemburqda keçirilən görüşdə 40 müşahidəçinin göndərilməsini rəsmən təsdiqləyiblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026