ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla Çinə satdığı 67 698 avtomobili geri çağırıb.
Bakıvaxtı.az xəbər verir ki, Çin Dövlət Bazarı Tənzimləmə İdarəsi tərəfindən edilən açıqlamada 25 sentyabr 2013-cü il və 21 noyabr 2020-ci il tarixləri arasında Çinə satılan 67 698 Model S və Model X avtomobilinin avtomobillərdə akkumulyator idarəetmə sisteminə təsir edən proqram problemləri səbəbiylə geri çağırıldığı bildirildi.
Açıqlamada 25 Sentyabr 2013-21 Noyabr 2021-ci il tarixləri arasında istehsal edilən və geri çağırılan 67 min 698 avtomobildə olan proqram təminatı və təhlükəsizlik kəməri problemlərinə görə avtomobillərdəki səhvləri düzəltmək üçün proqram təminatının yenilənəcəyi bildirilib.
Aytac Aslan
















