• Bakı 13° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkiyənin güclü lazer silahı hədəfi tam dəqiqliklə vurdu – VİDEO

DÜNYA

26 Dekabr 2022 | 00:14 | Müəllif: Subhan Mahmudov

Türkiyənin güclü lazer silahı hədəfi tam dəqiqliklə vurdu – VİDEO

Türkiyənin Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü ilə başlanan və əsas podratçı “Roketsan” tərəfindən həyata keçirilən asimmetrik təhlükələrə qarşı elektromaqnit və lazer texnologiyasından istifadə edən çox təsirli hibrid müdafiə sistemi olan ALKA İstiqamətləndirilən Lazer Silah Sistemi layihəsi tam sürətlə davam edir.

Bakıvaxtı.az xəbər verir ki, layihə çərçivəsində hazırlanmış hədəf aşkarlama radarı, hədəf izləmə və elektromaqnit sistemi ilə təchiz edlən yüksək güclü lazer silahı nümayiş olunub.

Təqdimat zamanı müxtəlif güc səviyyələrində və fərqli daşıyıcı platformalar (sabit, portativ və mobil) üçün inteqrasiya olunmuş məhsul ailəsi kimi hazırlanan milli lazer silah sistemi həlli təqdim edilib. Onun imkan və effektivliyi atış testləri vasitəsilə təsdiqlənib.

Layihədə lazer mənbəyi “Ermaksan” şirkəti də istehsalçısı kimi də iştirak edir.

Sınaqlardan görüntüləri müdafiə sənayesi naziri İsmail Dəmir sosial media hesabında paylaşıb.

Hedefimiz savunma sanayiinin her alanında geriden gelen değil, önde giden bir Türkiye!🇹🇷

Sayılı ülkenin üzerinde çalıştığı lazer ve elektromanyetik faaliyetlerimizde önemli yer tutacak #ALKA Yönlendirilmiş Enerji Silah Sisteminin testlerinde bir aşamayı daha geride bıraktık. pic.twitter.com/BjcVpjwrhI

— Ismail Demir (@IsmailDemirSSB) December 25, 2022

Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026