• Bakı 23° C

    7.28 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

İsveç: Türkiyə ilə dialoqa qayıtmaq istəyirik!

DÜNYA

24 Yanvar 2023 | 23:29

İsveç: Türkiyə ilə dialoqa qayıtmaq istəyirik!

NATO-ya üzvlüyü ilə bağlı Türkiyə ilə işgüzar dialoqa qayıtmağa ümid edirik.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsveç Baş naziri Ulf Kristersson deyib.

“Yenidən işgüzar dialoqa qayıtmağı arzu edirəm. Bu prosesdə təmkinli olmağa çağırıram. İsveç, Finlandiya və Türkiyə üçtərəfli saziş imzalayıb. Hər şey yaxşı gedir. Lakin bəllidir ki, hər şeyi bəyənmirik”, - deyə o bildirib.

Qeyd edək ki, Türkiyə, İsveç və Finlandiya arasında NATO-ya üzvlüklə bağlı üçtərəfli formatda görüş Ankaranın tələbi ilə ləğv edilib.

Bir neçə gün öncə Stokholmda Türkiyə səfirliyi qarşısında Quran-Kərimin yandırılması Türkiyənin haqlı narazılığına səbəb olub.


SON XƏBƏRLƏR

23 Aprel 2024