• Bakı 8° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Estoniyadan Rusiya və Belarus vətəndaşlarına pis xəbər

DÜNYA

23 Fevral 2023 | 20:22 | Müəllif: Subhan Mahmudov

Estoniyadan Rusiya və Belarus vətəndaşlarına pis xəbər

Rusiya və Belarus vətəndaşları Estoniyada silah daşıya bilməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Estoniya parlamentinin silahla bağlı qanuna etdiyi dəyişikliklərdə nəzərdə tutulub.

Yeni qanuna əsasən, Estoniyada silah gəzdirmək icazəsi yalnız bu ölkədə yaşamaq izn olan AB və NATO-ya üzv ölkələrin vətəndaşlarına veriləcək.

Dəyişikliklər ölkədə daimi yaşayan 683 əcnəbiyə, əsasən Rusiya və Belarus vətəndaşlarına, eləcə də ovçuluq və digər silahlara malik olan 595 nəfər vətəndaşlığı olmayan şəxsə şamil ediləcək./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR