• Bakı 12° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Karaman valisi Kahramanmaraşda general Etibar Mirzəyevlə görüşüb

DÜNYA

23 Fevral 2023 | 20:50 | Müəllif: Subhan Mahmudov

Karaman valisi Kahramanmaraşda general Etibar Mirzəyevlə görüşüb

Karaman valisi Tuncay Akkoyun zəlzələ bölgəsində, Kahramanmaraş şəhərində Azərbaycanın fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevlə görüşüb.

Bakıvaxtı.az-ın xəbərinə görə, görüşdə vali Kahramanmaraşın Türkoğlu rayonunda görülən işlər barədə ətraflı məlumat verib.

T.Akkoyun göstərilən dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edib.

Daha sonra çıxış edən E.Mirzəyev bildirib ki, sona qədər qardaş ölkənin yanında olacaqlarını bildirib:

"Həmişə olduğu kimi, yenə də Türkiyəyə dəstək olacağıq. Keçmiş olsun. Allah bir daha bu acı günləri Türkiyəyə yaşatmasın"./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026