• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Türkiyəli nazir İrəvanda - FOTO

DÜNYA

25 Mart 2023 | 20:42 | Müəllif: Subhan Mahmudov

Türkiyəli nazir İrəvanda - FOTO

Türkiyənin gənclər və idman naziri Mehmet Kasapoğlu Ermənistan və Türkiyə arasında futbol matçının keçiriləcəyi İrəvan şəhərinə gedib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistanın İctimai Televiziyası məlumat yayıb.

Bildirilib ki, Türkiyə nümayəndə heyətinin olduğu təyyarə bir neçə dəqiqə əvvəl paytaxt hava limanına enib.

Qeyd edək ki, Ermənistan millisi 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin qrup mərhələsinin ilk oyununu bu gün Türkiyə yığması ilə keçirəcək. Matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026