• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Ərdoğan gənc ailələrə dəstək proqramından DANIŞDI

DÜNYA

24 Aprel 2023 | 20:37 | Müəllif: Subhan Mahmudov

Ərdoğan gənc ailələrə dəstək proqramından DANIŞDI

“Ehtiyat dəyəri 500 milyard dollarla 1 trilyon dollar arasında hesablanan Qaradəniz qazının ölkəmizə veriləcəyi qazancla gələcəyimizə sərmayə qoyacağıq”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğan ailə və gənclik bankının yaradılacağını qeyd edib.

“Ailə və gənclik bankı yaradacağıq. Məqsədimiz ailə institutunu gücləndirəcək tədbirlərin buradan maliyyələşdirilməsidir. Evdar qadınların ödənişlərinin üçdə birini buradan qarşılayaraq pensiyaya çıxmalarını təmin edəcəyik.

Gənclərimizə dəstək göstərəcəyik. Bu resursun köməyi ilə onların işlə təmin olunmalarını asanlaşdıracağıq.

Gənc sahibkarlarımızın da yanında olacağıq. Evlərini rahatlıqla qura bilmələri üçün onlara 150 min Türkiyə lirəsi dəyərində 2 illik faizsiz kredit verəcəyik və bununla da onları evliliyə həvəsləndirəcəyik”, - deyə Ərdoğan vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026