• Bakı 19° C

    1.47 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Ekofəallar  küçələrdə hərəkəti dayandırdılar

DÜNYA

24 Aprel 2023 | 17:29

Ekofəallar küçələrdə hərəkəti dayandırdılar

Almaniyanın Berlin şəhərində “Letzte Generation” ekoloji hərəkatının fəalları qlobal istiləşmə probleminə diqqət çəkmək üçün səhər saatlarından 20-dən çox aksiya keçirirlər.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, aksiyalar şəhərdə nəqliyyatın hərəkətinin ciddi dərəcədə məhdudlaşdırılmasına səbəb olub.

Səhər saatlarında 7 nəfər Ernst Reyter meydanında, 5 nəfər Şarlottenburq rayonundakı Hardenberq ştrassedə özünü asfalta yapışdırıb. Daha sonra analoji aksiyalar digər küçələrdə də təşkil olunub.

Bundan əvvəl fəallar hökumətin qlobal istiləşmə ilə mübarizədə kifayət qədər səy göstərməməsinə etiraz edərək, yaxın günlərdə Berlində davamlı olaraq aksiyalar keçirmək niyyətində olduqlarını bəyan etmişdilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR