• Bakı 17° C

    1.68 m/s

İtkin düşənlərin ailələrinə xəbər verilməlidir - Buriç

DÜNYA

24 Aprel 2023 | 20:12 | Müəllif: Subhan Mahmudov

İtkin düşənlərin ailələrinə xəbər verilməlidir - Buriç

Birinci Qarabağ müharibəsində itkin düşənlərin ailələrinə bir xəbər verilməlidir.

Bakıvaxtı.az bildirir ki, bu fikirləri Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç bu gün işə başlamış yaz sessiyası zamanı bildirib.

Onun sözlərinə görə, bütün müharibələrdə olduğu kimi, Birinci Qarabağ müharibəsi zamanı da itkin düşənlər olub: “Ailələri onların başına nə gəldiyini bilməlidirlər”.

Baş katib həmçinin Avropa Şurasının ölkələr arasında inamın yaranması üçün aktiv fəaliyyət göstərdiyini deyib.

“Azərbaycan ilə Ermənistan arasında mart ayında keçirilən İstanbul görüşünün davamı olmalıdır. Biz iki ölkə arasında inamın bərpa olunması sahəsində fəaliyyətimizi davam etdirməliyik”, - o qeyd edib./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026