• Bakı 14° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Türkoğluda xilasetmə işləri başa çatdı

DÜNYA

23 Fevral 2023 | 19:57 | Müəllif: Subhan Mahmudov

Türkoğluda xilasetmə işləri başa çatdı

Qəhrəmanmaraş şəhərinin Türkoğlu rayonunda axtarış-xilasetmə işləri başa çatıb.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Karaman valisi Tuncay Akkoyun Azərbaycanın fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevlə Qəhrəmanmaraş şəhərində görüşü zamanı deyib.

O bildirib ki, Türkoğlu rayonunda zəlzələ zamanı 152 bina dağıntılar altında qalıb, 25 məscidə ziyan dəyib, 54 binada isə axtarış-xilasetmə işləri aparılıb.

Vali qeyd edib ki, dağıntılar altından 113 nəfər sağ, 679 nəfərin isə meyiti çıxarılıb.

T.Akkoyunun sözlərinə görə, təbii fəlakət nəticəsində 2 icra nümayəndəsi, 17 müəllim və 1 polis əməkdaşı həlak olub:

"Hazırda zərərçəkmişlər çadır şəhərciklərinə yerləşdirilib, onlara lazimi yardımlar göstərilir"./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026