• Bakı 19° C

    4.58 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Türkiyə ordusu Zapı PKK terrorçularından təmizlədi

DÜNYA

24 Yanvar 2023 | 20:42

Türkiyə ordusu Zapı PKK terrorçularından təmizlədi

Türkiyə Silahlı Qüvvələri "Pençe-Kilit" əməliyyatı çərçivəsində İraqın Zap bölgəsini böyük ölçüdə PKK terrorçulardan təmizləyib.

Bakıvaxtı.az bildirir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib.

O qeyd edib ki, "Pençe-Kilit" əməliyyatı ilə İraq sərhədindəki 302 kilometrlik xətt təhlükəsiz vəziyyətə gətirilib.

"Əməliyyatda indiyədək 506 terrorçu zərərsizləşdirilib. "Pençe-Kilit" əməliyyatı çərçivəsində 600-ə yaxın mağara, sığınacaq, terrorçuların istifadə etdiyi 2 mindən çox mina və partlayıcı məhv edilib. Terrorçulara aid 1174 silah və 533 min 275 sursat ələ keçirilib", - nazir vurğulayıb.


SON XƏBƏRLƏR