• Bakı 9° C

    10.22 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

G7 Ukraynaya 39 mlrd. dollar yardım edəcək

DÜNYA

23 Fevral 2023 | 18:58 | Müəllif: Subhan Mahmudov

G7 Ukraynaya 39 mlrd. dollar yardım edəcək

G7 ölkələri (Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və ABŞ) 2023-cü ildə Ukraynaya 39 milyard ABŞ dolları həcmində iqtisadi yardım edəcək.

Bakıvaxtı.az xəbər verir ki, qərar blokun maliyyə nazirlərinin və mərkəzi bank rəhbərlərinin müharibənin birinci ili ərəfəsində keçirilən görüşündən sonra qəbul edilib.

“2023-cü il üçün Ukrayna hökumətinin ehtiyacları əsasında biz öz büdcə öhdəliklərimizi və iqtisadi dəstəyimizi 39 milyard dollara çatdırmışıq”,- deyə bəyanatda bildirilib.

Yaponiyanın maliyyə naziri Şuniçi Suzuki isə jurnalistlərə açıqlamasında bildirib ki, növbəti addımlar atılmadan əvvəl Rusiyaya tətbiq edilən sanksiyaların effektivliyi dəyərləndirilməlidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026