• Bakı 9° C

    5.39 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Fumio Kişida Çin səfiri ilə görüşdən imtina etdi
 

DÜNYA

25 Mart 2023 | 14:02

Fumio Kişida Çin səfiri ilə görüşdən imtina etdi

Çin səfiri Konq Syuanyunun səlahiyyət müddətinin başa çatması ilə bağlı vətəninə qayıtmazdan əvvəl Yaponiya Baş naziri Fumio Kişida ilə görüşünə imkan verilməyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Məlumata görə, ötən ay Tokioda diplomatik fəaliyyətini başa vuran səfir Çinə qayıtmazdan əvvəl Kişida ilə görüşmək istəsə də, ona rədd cavabı verilib. İmtinaya səbəb baş nazirin sıx qrafikinin olması göstərilib.

Nəşr Yaponiya hökumət başçılarının adətən səfirlərlə vida görüşləri keçirdiyinə görə bunu qeyri-adi hal hesab edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR