• Bakı 10° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Hava limanında uçuşlar ləğv edildi

DÜNYA

24 Aprel 2023 | 10:21

Hava limanında uçuşlar ləğv edildi

Almaniyanın Berlin-Brandenburq hava limanında təhlükəsizlik işçiləri tətilə başlayıblar.

Bakıvaxtı.az xəbər verir ki, aksiya “Verdi” xidmət sektoru işçilərinin həmkarlar ittifaqının çağırışı ilə bazar ertəsi gecə saatlarında başlayıb.

Etirazçılar Almaniya hava limanlarının yüzlərlə işçisinin daha yaxşı iş şəraiti və yüksək maaşla təmin olunmasını tələb edirlər.

Hava limanında bütün gün ərzində uçuşların həyata keçirilməyəcəyi gözlənilir. Hava limanına gələn uçuşlar ləğv ediləcək və ya digər hava limanlarına yönləndiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR