• Bakı 22° C

    6.67 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Özdağ Kılıçdaroğlu ilə razılaşdı: 7 maddəlik saziş

DÜNYA

24 May 2023 | 00:16 | Müəllif: Subhan Mahmudov

Özdağ Kılıçdaroğlu ilə razılaşdı: 7 maddəlik saziş

"Altılı masa"nın prezidentliyə namizədi Kamal Kılıçdaroğlu və Zəfər Partiyası başqanı Ümid Özdağın razılığa gəldiyi iddia edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist İsmayıl Saymaz məlumat yayıb.

O bildirib ki, Ü.Özdağ ikinci turda Kılıçdaroğlunu dəstəkləyəcək.

Jurnalist 7 bənd üzrə razılaşmanın imzalandığını bildirib:

1. Konstitusiyanın ilk 4 maddəsi dəyişməyəcək.

2. Konstitusiyanınn 66-cı maddəsi olduğu kimi qorunacaq.

3. 1924-cü il konstitusiyası əsas olaraq saxlanılacaq.

4. Miqrantlar 1 il ərzində geri göndəriləcək.

5. Terrorizmlə effektiv mübarizə aparılacaq.

6. Korrupusiya ilə effektiv mübarizə aparılacaq.

7. Dövlət sektorunda təyinatlar ləyaqət əsasında aparılacaq.

Qeyd edək ki, ATA İttifaqının əsas partiyası olan Zəfər Partiyasının sədri Ümid Özdağın sabah mövqeyini elan edəcəyi və Kılıçdaroğlunu dəstəkləyəcəyi gözlənilir.

ATA İttifaqının prezidentliyə keçmiş namizədi Sinan Oğan isə Cümhur İttifaqının namizədi, Türkiyə lideri Ərdoğanı seçkilərin ikinci turunda dəstəkləyəcəyini elan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR