• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

“Paşinyan Armen Aşotyanı çoxdan həbs etdirmək istəyirdi” - Abramyan

DÜNYA

22 Iyun 2023 | 21:58 | Müəllif: Qalib İbrahimoğlu

“Paşinyan Armen Aşotyanı çoxdan həbs etdirmək istəyirdi” - Abramyan

Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyanın həbsi uzun planlaşdırma prosesindən keçib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müxalifətçi deputatı Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.

“İqtidarın Aşotyanı azadlıqdan məhrum etməklə susdurmaq həvəsi proqnozlaşdırılan idi. Lakin digər tərəfdən, siyasi məhbusların sıralarını bu qəbildən olan bir şəxslə doldurmaq onu göstərir ki, daxili qorxular və həqiqətlə üzləşə bilməmək hakimiyyəti bu cür avantürizm yolu ilə getməyə məcbur edir. Paşinyan hakimiyyətinin bu çirkin addımı onun üçün əks təsirə səbəb olacaq”,-deyə Abramyan bildirib.

Xatırladaq ki, Ermənistanın keçmiş təhsil naziri və Serj Sərkisyanın yaxın adamı Armen Aşotyan bu günlərdə İrəvan Dövlət Universitetində pul mənimsəməkdə suçlanaraq həbs olunub./"Unikal" 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026