Banqladeşdə sərnişin avtobusunun şosedən çıxaraq gölə aşması nəticəsində azı 17 nəfər ölüb, 35 nəfər yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, avtobusun təkəri partlayıb və sürücü idarəetməni itirib. Nəticədə avtobus yol kənarındakı gölə aşıb.
Sərnişinlərdən 13-ü yerindəcə, 4-ü xəstəxanaya yerləşdirildikdən sonra dünyasını dəyişib. Ölənlərin yeddisi azyaşlı, beşi qadındır.















