• Bakı 13° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ərdoğan Hakan Fidanı Rusiyaya göndərir

DÜNYA

21 Avqust 2023 | 15:30 | Müəllif: Subhan Mahmudov

Ərdoğan Hakan Fidanı Rusiyaya göndərir

"Burada bizim məqsədimiz cənab Putinlə telefon danışıqlarımız vasitəsilə Rusiyanın taxıl dəhlizi məsələsinə müsbət münasibətini təmin etməkdir". 

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Budapeşt səfərindən qayıdarkən deyib. 

"Sentyabrda Hindistanda G-20, ABŞ-da isə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası keçiriləcək. Bu gərgin mühitdə fürsət tapsaq, cənab Putinlə üzbəüz görüşüb söhbət edəcəyik. Tezliklə xarici işlər nazirimiz (Hakan Fidan) Rusiyaya səfər edə bilər. Çünki görüşün üz-üzə olması böyük əhəmiyyət kəsb edir və nəticəni bu şəkildə almaq çox daha doğru olar", - deyə Ərdoğan qeyd edib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026