• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

İngiltərədən Rusiya iddiası: Cənubda yeni ordu qurur

DÜNYA

21 Avqust 2023 | 17:37

İngiltərədən Rusiya iddiası: Cənubda yeni ordu qurur

Rusiya Ukraynanın hücumlarına qarşı ölkənin cənubunda yeni ordu qurur.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının məlumatında bildirilir.

Məlumata görə. Ukrayna həmçinin Rusiyanın işğalı altında olan liman şəhəri Mariupol üçün yeni planlarının olduğunu açıqlayıb. İngiltərə Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Rusiya bu planla “müharibə faktını” qəbul edib.

Nazirlik hesab edir ki, Xerson bölgəsindəki hava-desant qoşunları şiddətli döyüşlərin getdiyi Orixiv bölgəsinə doğru irəliləyir, ordu hədəfin əsas nöqtələrində döyüşmək üçün daha təcrübəli qoşunlar yerləşdirir.

Yeni 18-ci ordunun əsasən müxtəlif bölmələrdən ibarət olduğu və hazırda Xersonda yerləşdirildiyi bildirilir. Müdafiə Nazirliyinin açıqlamada deyilir ki, 18-ci ordu böyük ehtimalla səfərbər edilmiş şəxsi heyətdən ibarət olacaq və Ukraynanın cənubunda müdafiə təhlükəsizliyi əməliyyatlarına cavabdeh olacaq.

Ukrayna ordusunun Milli Müqavimət Mərkəzinin Almaniya mətbuatında yer alan xəbərinə görə, Rusiya ölkədən 300 min Rusiya vətəndaşını Mariupola köçürməyi planlaşdırır. Beləliklə, burada rus əhalisini artırmağı hədəfləyir.

Mərkəz bölgədəki müqavimət qruplarının işğal administrasiyasının müvafiq sənədlərinə çatdığını və Rusiyanın 2035-ci ilə qədər 300 min insanın köçürülməsini başa çatdırmağı planlaşdırdığını açıqlayıb. Plana əsasən, Kreml Rusiyadan olan insanları Ukraynanın işğal olunmuş ərazilərinə köçməyə təşviq etmək üçün daşınmaz əmlak üçün ucuz ipoteka proqramına başlayıb. Mariupol və digər işğal olunmuş rayonlarda yaşayan ukraynalıların zorla Rusiyaya göndəriləcəyi də bildirilir.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026