• Bakı 13° C

    1.99 m/s

İranın daha bir əyalətində spirtli içkidən zəhərlənmələr oldu

DÜNYA

22 Iyun 2023 | 20:39 | Müəllif: Qalib İbrahimoğlu

İranın daha bir əyalətində spirtli içkidən zəhərlənmələr oldu

İranın Hormozqan əyalətinin Hacıabad şəhərində kustar üsulla hazırlanmış spirtli içkidən 11 nəfər zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, zərərçəkənlərdən ikisi reanimasiya şöbəsinə, daha üç nəfəri isə bulanıq görmə və başgicəllənmə əlamətləri ilə palataya yerləşdirilib və hazırda nəzarət altındadır.

Qalan 6 nəfərin vəziyyəti ilə bağlı heç bir məlumat yoxdur.

Xatırladaq ki, bundan əvvəl İranın şimalındakı Əlborz əyalətində saxta içkidən zəhərlənmə qeydə alınıb. Həmin hadisədə zəhərlənənlərin sayı 182 nəfər olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026