• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İstehsal edilən “Togg”un sayı AÇIQLANDI

DÜNYA

22 Iyul 2023 | 16:06

İstehsal edilən “Togg”un sayı AÇIQLANDI

“Bu gün mindən çox “Togg” Türkiyə yollarında səyahət edir. Bu say artacaq”. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin Sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır bildirib. 

"2023-cü ildə 23 mindən çox “Togg” yollarda olacaq. “Togg” birdən çox avtomobildir. Doldurma stansiyaları geniş yayılmadan elektriklə işləyən nəqliyyat vasitələrinin yayılması mümkün deyil. Yeni bazar yaradılır. Biz stansiyaların yaradılması istiqamətində işlərə başlamışıq. 1780-i keçib. Bu rəqəm daha da artacaq”, - deyə nazir bildirib. 

O qeyd edib ki, "Togg”un sedan modeli 2024-cü ilin sonunda bazara çıxacaq və hər 1,5-2 ildən bir yeni modellər satışa çıxarılacaq

Qeyd edək ki, “Togg” elektrikli avtomobillərinin silsilə istehsalına 2022-ci ilin oktyabrın 29-da Bursanın Gemlikdəki müəssisəsində başlanılıb. Bu ilin mart ayında avtomobil satışa çıxarılıb.

2023-cü ilin sonuna qədər 20 minə yaxın avtomobil istehsal olunacaq. İstehsalçı 2030-cu ilədək 1 milyon avtomobil tədarük etməyi qarşıya məqsəd qoyub.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR