• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bayden Hindistan və ABŞ-ın himnlərini qarışdırdı

DÜNYA

22 Iyun 2023 | 23:12 | Müəllif: Qalib İbrahimoğlu

Bayden Hindistan və ABŞ-ın himnlərini qarışdırdı

ABŞ prezidenti Co Bayden baş nazir Narendra Modi ilə görüşdə Hindistan himnini səsləndirərkən səhvən əlini ürəyinə qoyub .

Bakıvaxtı.az xəbər verir ki, bu barədə The New York Post yazıb.

“Hindistan himni Janaqamananın ilk notları səslənəndə Bayden sağ əlini sinəsinə qoyaraq 15 saniyə orada saxladı. Sonra o, yavaş-yavaş onu endirib.

Hadisə Modinin qarşılanma mərasimi zamanı Ağ Evə gəlişi zamanı baş verib. Hindistan lideri qırmızı xalça və hərbi orkestrlə qarşılanıb.

Görüşdən sonra keçirilən birgə mətbuat konfransında Bayden bildirib ki, ABŞ-Hindistan əməkdaşlığı indi əvvəlkindən daha dinamik inkişaf edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026