• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Aİ Ukraynanın ən böyük donorudur" - Borrell

DÜNYA

24 May 2023 | 00:25 | Müəllif: Subhan Mahmudov

"Aİ Ukraynanın ən böyük donorudur" - Borrell

Avropa İttifaqı (Aİ) Ukraynaya digərlərindən daha çox müxtəlif növ yardımlar göstərib, onun həcmi 65 milyard avronu keçib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borel bildirib.

“Bütün yardım növlərini - hərbi, mülki, iqtisadi, humanitar, maliyyə, qaçqınlara yardım – nəzərə alsaq, Aİ Ukraynanın ən böyük donorudur”, - deyə Aİ-nin rəsmisi söyləyib.

O əlavə edib ki, Aİ Kiyevə yardımı davam etdirəcək. Həmçinin xatırladıb ki, Aİ Ukraynaya növbəti makromaliyyə yardımı tranşı kimi 1,5 milyard avro ödəyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026