• Bakı 24° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

"Kimsə mənim öləcəyimi düşünürsə, sakitləşsin" - Lukaşenko

DÜNYA

23 May 2023 | 23:46 | Müəllif: Subhan Mahmudov

"Kimsə mənim öləcəyimi düşünürsə, sakitləşsin" - Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko xəstəliyi ilə bağlı şayiələrə münasibət bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Prezident bildirib ki, onda adenovirus var və o, ölmək fikrində deyil:

"Kimsə mənim öləcəyimi düşünürsə, sakitləşsin. Sakit olun! Bu, messencerlərdə və "Telegram" kanallarında boş fikir yürütməkdən başqa bir şey deyil"

Lukaşenko qeyd edib ki, onun çox sıx qrafiki var.

"Mənim müalicə olunmağa vaxtım yox idi. Moskvaya, sonra iməciliklərə, sonra Qrodnoya, sonra Qomelə getməliyəm, bütün bunlar yığılıb. Ona görə də mən ölməyəcəyəm, uşaqlar. Siz hələ çox uzun müddət əzab çəkəcəksiniz”, - deyə prezident qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026