• Bakı 12° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Zəlzələdə ölən adam dəfn edilərkən "dirildi" - FOTO

DÜNYA

23 Fevral 2023 | 17:43

Zəlzələdə ölən adam dəfn edilərkən "dirildi" - FOTO

Suriyada hər kəsi şoka salacaq hadisə yaşanıb. 

Bakıvaxtı.az xəbər verir ki, baş verən güclü zəlzələdən sonra dağıntılar altından çıxarılan Ahmed al-Maghribinin hərəkətsiz qaldığı üçün öldüyü düşünülərək soyuq morqa aparılıb.

İki gün morqda qalan al-Maghribin daha sonra ailəsinə təhvil verilib. Onlar Ahmedi cəsəd torbasına qoyaraq dəfn etməyə aparıblar.

Məzarlığa çatanda al-Maghribin torbanın içində hərəkət etməyə başlayıb. Bu vəziyyətdən şoka düşən ailəsi onu dərhal xəstəxanaya aparıb. 

Hazırda həkimlər onun səhhətinin günbəgün daha da yaxşılaşdığını bildirib. Ahmed al-Maghribinin ürəyinin anidən dayandığı, sonra isə yenidən fəaliyyətini bərpa etdiyi iddia edilib.

Suriya mətbuatında yer alan məlumatlara əsasən, bu milyonda bir insanda rast gəlinən hadisədir. /Baku.ws


Zəlzələdə ölən adam dəfn edilərkən "dirildi" - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026