Rusiya ərazisində Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyətini qadağan etmək lazımdır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin qeyd edib.
“Rusiya ərazisində BCM-nin hər hansı fəaliyyətini qadağan edilməsi üçün qanunvericilikdə dəyişikliklər hazırlanmalıdır. Həmçinin, təşviqi və dəstəklənməsi üçün məsuliyyət nəzərdə tutulmalıdır”, - o bildirib.
Qeyd edək ki, martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin və Rusiya Prezidenti yanında uşaq hüquqları üzrə səlahiyyətli şəxs Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib.
















