• Bakı 30° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1625

Ankarada İsveç səfirliyi qarşısında mitinq keçirildi

DÜNYA

24 Yanvar 2023 | 21:52

Ankarada İsveç səfirliyi qarşısında mitinq keçirildi

Türkiyədə fəaliyyət göstərən yüzlərcə qeyri-hökumət təşkilatının dəstəyi, eləcə də ölkənin dini ictimaiyyətinin iştirakı ilə İsveçin Ankaradakı səfirliyi qarşısında yürüş-mitinqi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV) tərəfindən təşkil olunan yürüş-mitinqin iştirakçıları İsveçin paytaxtı Stokholmda “Qurani-Kərim”ə qarşı həyata keçirilən təhqiredici hərəkətə etirazlarını nümayiş etdiriblər.

Etirazçılar dini və milli irqçiliyə qarşı müxtəlif şüarlar səsləndiriblər.

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu və Azərbaycan Evinin rəhbəri, professor Aygün Attar aksiya iştirakçılarının etiraz bəyanatını oxuyub.

Bəyanatda qeyd edilib: “İslam sülh və məmnunluq deməkdir. İslama qəsd insanlığa qarşı qəsddir. Bu qəsd qəbuledilməzdir! Müqəddəs Kitabımız toxunulmazdır”.


SON XƏBƏRLƏR

08 Iyul 2025