• Bakı 16° C

    1.87 m/s

Paşinyan Minasyanı işdən çıxartdı

DÜNYA

25 Dekabr 2022 | 23:36 | Müəllif: Subhan Mahmudov

Paşinyan Minasyanı işdən çıxartdı

Ermənistan baş naziri Nikol Paşinyan ədliyyə nazirinin müavini Qriqor Minasyanı vəzifəsindən azad edib.

Bakıvaxtı.az musavat.com-a istinadən bildirir ki,Qriqor Minasyan Ermənistan Vəkillər Palatasının üzvüdür, "AM" Hüquq Bürosunun rəhbəridir.

Q.Minasyan ilin əvvəlində bu vəzifəyə təyin edilmişdi. Nazir postu isə bu ilin oktyabr ayından, Karen Andreasyan Ali Məhkəmə Şurasına getdikdən sonra boş qalıb.

Yerli mətbuatın xəbərinə görə, Minasyan keçmiş ədliyyə naziri Karen Andreasyanın yaxın dostu olub.

Qriqor Minasyanla bağlı digər maraqlı məqam onun Ermənistanın Vatikandakı keçmiş səfiri, Ermənistanın üçüncü prezidenti Serj Sərkisyanın kürəkəni Mikael Minasyanın qardaşı olmasıdır. Mikael Minasyan Paşinyan hökumətinə qarşı ən sərt tənqid və ittihamlar yazan siyasətçilərdən hesab olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Oktyabr 2026
24 Oktyabr 2026