Braziliyanın gecəqondu məhəllələrində narkotik qaçaqmalçılarına və cinayət təşkilatlarına qarşı polisin həyata keçirdiyi əməliyyatlarda 10 nəfər ölüb.
Bakıvaxtı.az Braziliyanın rəsmi xəbər agentliyi “Agencia Brasil”ə istinadən xəbər verir ki, 2-i polis olmaqla, 10 nəfər yaralanıb.
Təhlükəsizlik qüvvələri ölkənin Rio de Janeyro əyalətinin Mare, Morro do Juramento və Niteroi bölgələrində “Favelas” adlı gecəqondularda cinayətkar təşkilatlara qarşı əməliyyat keçirib.
Nur
















