• Bakı C

    11.95 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

Ümumdünya Aeronaviqasiya Sammiti: Berlin estafeti Bakıya ötürdü - FOTO

İQTİSADİYYAT

09 Iyun 2023 | 18:27

Ümumdünya Aeronaviqasiya Sammiti: Berlin estafeti Bakıya ötürdü - FOTO

2024-cü ilin iyun ayında Azərbaycan Mülki Aviasiyası üçün tarixi əhəmiyyətli tədbir baş tutacaq - ölkə növbəti Ümumdünya Aeronaviqasiya Sammitinə və CANSO-nun 28-ci İllik Ümumi İclasına ev sahibliyi edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Berlində keçirilən CANSO sammitində elan verilib.

CANSO Beynəlxalq mülki aviasiya aeronaviqasiya təminatı provayderləri təşkilatıdır. Bu gün təşkilata 180-dən çox üzv, o cümlədən 2005-ci ildən üzv olmuş Azərbaycan daxildir.

Azərbaycan MDB və regionun bir çox digər ölkələrinin tarixində bu tədbirə ev sahibliyi etmək üçün CANSO-nun Icraiyyə Komitəsinin razılığını əldə etmiş ilk ölkədir. Daha əvvəllər Sammit Dublin, Vankuver, Kopenhagen, Banqkok və Cenevrə kimi şəhərlərdə keçirilmişdir.

CANSO-nun Bakıda beynəlxalq sammit keçirmək qərarı Azərbaycanın aeronaviqasiya sahəsində əldə etdiyi nailiyyətlərin və nüfuzunun bariz nümunəsidir.

Bakıda keçiriləcək sammitdə dünyanın 150 ölkəsini təmsil edən mülki aviasiya sahəsinin 350-dən çox rəhbərinin iştirakı gözlənilir. Onlar hava nəqliyyatının optimallaşdırılması və təhlükəsiz və dayanıqlı qlobal hava nəqliyyatı zəncirinin qurulmasında əməkdaşlığın ən aktual problemlərini müzakirə etmək üçün bir araya gələcəklər.

CANSO sammiti beynəlxalq aviasiya sahəsində ən əlamətdar tədbirlərdən biridir. CANSO-nun Ümumdünya Aeronaviqasiya Sammiti çərçivəsində hər il dünya liderləri və bütün mülki aviasiya sənayesinin ali rəhbərliyi, həmçinin ICAO, EUROCONTROL və IATA kimi beynəlxalq təşkilatların nümayəndələri bir araya toplanırlar.

CANSO dünya hava trafikinin 85%-dən çoxunu əhatə edir və dünyanın hər yerindən aeronaviqasiya təminatı provayderlərini, aviasiya orqanlarının tənzimləyici və icra qurumlarını və aviasiya sahəsinin sənaye liderlərini birləşdirir.


SON XƏBƏRLƏR

18 Mart 2024