• Bakı 21° C

    2.79 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Energetika naziri səudiyyəli həmkarı ilə görüşüb

İQTİSADİYYAT

06 Iyul 2023 | 15:55 | Müəllif: Qalib İbrahimoğlu

Energetika naziri səudiyyəli həmkarı ilə görüşüb

Vyanada OPEC tədbiri çərçivəsində  energetika naziri Pərviz Şahbazov ilə Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud arasında görüş olub.

Bu barədə Bakıvaxtı.az-a Energetika Nazirliyindən bildirilib.

Məlumata görə, görüşdə “OPEC plus” və ikitərəfli formatda enerji əməkdaşlığı məsələləri müzakirə edilib. Qlobal neft bazarının cari vəziyyəti, tənzimləmə prosesi çərçivəsində hasilatın könüllü azaldılması ilə bağlı həyata keçirilən tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.

Gələcəkdə enerji bazarlarında qeyri-sabitlik və enerji çatışmazlığı probleminin yaranmaması üçün dialoqa əsaslanan çoxtərəfli əməkdaşlığın əhəmiyyəti qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026